Ölkə 10:16 26.02.2020

İsgəndər Həmidov bu qəbiristanlıqda dəfn ediləcək

Sabiq daxili işlər naziri İsgəndər Həmidov Sulutəpə qəbirisanlığında dəfn olunacaq.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Milliyətçi Demokratik Partiyasının sabiq sədri Qələndər Muxtarlı məlumat verib. Onun sözlərinə görə, İsgəndər bəylə vida mərasimi bu gün saat 11:00-da Göy Məsciddə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov bu gün - fevralın 26-da vəfat edib.

Bahar Rüstəmli