İŞİD 14 ölkə üçün

İŞİD 14 ölkə üçün "canlı bomba" sifarişi verdi (FOTO)

İŞİD terror təşkilatının 14 ölkə ilə bağlı planı ortaya çıxıb.

Qaynarinfo "Yeni Şafak"a istinadən xəbər verir ki, təşkilatın xarici işlərlə məsul şəxsi Əbu Həmzə bomba tədrisi üzrə rəhbər Əbu Malikə məktub göndərib. Məktubda qısa müddət ərzində 36 bomba və kamikadzenin hazırlanması istənilir. Hazırlıqlar Liviya, Əlcəzair, Türkiyənin də daxil olduğu 14 ölkəni hədəf alır. Xatırladaq ki, ötən həftələrdə İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin 2014-cü ildən bəri ilk görüntüsü yayılmışdı. Həmin videoda Bağdadinin əlində "Türkiyə Vilayəti" adlı sənəd görünürdü.

Qeyd edək ki, son illərdə ciddi itki ilə üzləşən təşkilat Suriyanın Badia səhrasında hələ də fəaliyyətinə davam edir. Terrorçular saxta Suriya pasportlarına sahibdir və İraqa səfər edə bilirlər. 


Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR