Dünya 11:05 20.08.2019

İŞİD "dirilir": 18 min nəfər səfərbər edilib

İŞİD terror təşkilatı İraq və Suriyada yenidən güclənir.

Qaynarinfo "New York Times"a istinadən xəbər verir ki, ABŞ və İraqdakı hərbi və kəşfiyyat mənbələri qaçqınların İŞİD-ə qoşulduğunu və silahlandırıldığını açıqlayıb. Hazırda terrorçu təşkilata 18 min nəfər səfərbər edilib. 

Məlumata görə, İŞİD-in təqribən 400 milyon dollar vəsaiti var. Qruplaşma, balıqçılıq, maşın və narkotik ticarəti ilə gəlir əldə edir. 

Gülşən