Dünya 14:55 07.10.2017

İŞİD-ə növbəti zərdə: Torpaq və döyüşçü itirdi

İŞİD terror təşkilatı İraqda daha bir ərazini itirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kərkükün qərbindən başlayaraq ölkənin şərqindəki Diyala sərhəddinə qədər uzanan Həmrin dağlarının terrorçu təşkilatdan azad edildiyi bildirilir. Havice əməliyyatının komandiri Əbduləmir Yarulla tərəfindən verilən yazılı açıqlamada İraq ordusuna bağlı IX Zirehli Birliyin və Həşdi Şabi qüvvələrinin iştirakı ilə ərazidə nəzarətin ələ keçirildiyi bildirilir. 

2014-cü ildən bəri İŞİD işğalında olan və 45 km məsafəni əhatə edən Həmrin dağları Kərkük, Səlahəddin və Diyala bölgələri arasında vacib nəqliyyat koridoru və keçid məntəqəsi idi.

Qeyd edək ki, Rusiya isə Suriyada son 24 saat ərzində 120 İŞİD terrorçusunun və 60 muzdlu əsgərin öldürülməsi barədə məlumat yayıb. Deyr Əz Zor bölgəsinə edilən hava hücumu nəticəsində Tunis, Misir və keçmiş Sovet Respublikasından təşkilata qoşulmuş terrorçular öldürülüb.

Gülşən

Qaynarinfo.Az