Dünya 14:02 04.02.2018

İŞİD-in "informasiya naziri" Ankarada həbs edildi

İŞİD terror təşkilatının "informasiya naziri" Ömər Yetek Türkiyənin paytaxtı Ankarada təşkil edilmiş əməliyyat nəticəsində həbs edilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Kəşfiyyat və Terrorla Mübarizə Şöbəsinin üzvləri tərəfindən həyata keçirilib. 

Bildirilir ki, Yetek yeni teraktlar üçün hazırlaşırmış. Terrorçu "nazir" məhkəməyə çıxarılaraq dərhal həbsxanaya göndərilib.

Gülşən