Dünya 12:29 15.04.2019

İŞİD-in Somali lideri öldürüldü

İŞİD terror təşkilatının Somalidəki liderlərindən olan Abdihakim Kudhub öldürülüb.

Qaynarinfo xəbər verir ki, Putland əyalətiin təhlükəsizlik naziri Abdisaməd Məhəmməd Qallan Kudhubun olduğu nəqliyyat vasitəsinin hədəf alındığı və terrorçu liderin zərərsizləşdirildiyini açıqlayıb. Hadisə zamanı Kudhubun köməkçisi və yanındakı digər şəxs də öldürülüb.

Qeyd edək ki, Abdihakim Kudhub Somalidə Əl Şəbab terror təşkilatının qurucularından hesab edilir.

Gülşən