Dünya 17:05 03.11.2017

İŞİD İraq və Suriyada böyük itki ilə üzləşdi

İŞİD terror qrupu Suriya və İraqda itki ilə üzləşib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Suriyada Deyr Əz Zor bölgəsi terror qrupundan azad edilib. Suriya və Rusiya qüvvələri son günlərdə şəhəri havadan bomba atəşinə tuturdu. İŞİD hazırda Fırat çayı sahilində kiçik bir ərazidə yerləşib.

İraq ordusu Suriya ilə sərhəddə yerləşən Əl Qaim bölgəsini terror təşkilatının əlindən alıb. Ərazi İŞİD-in İraqdakı son qalası hesab edilirdi. Əl Qaimin azad edilməsi üçün əməliyyatlar 28 oktyabrda start götürmüşdü. İraq prezidenti Heydər Əl İbadi bir neçə gün əvvəl xoş xəbər verəcəklərini bildirmişdi.
 
Gülşən
Qaynarinfo.Az