İŞİD Mosulu əldən verir

İŞİD Mosulu əldən verir

İŞİD terror təşkilatı İraqın Mosul şəhərində hakimiyyəti itirmək üzrədir.

"Qaynarinfo" xəbər verir ki, İraq mətbuatı azad olunmamış son metrlərin olduğunu, Mosulun azadlığının elan edilməsinə saatlar qaldığını bildirib.

Əgər bu gün şəhərin azadlığı elan edilsə, 17 oktyabr 2016 il tarixində işğal edilən şəhər 264 gün sonra İŞİD terrorçularından təmizlənmiş olacaq.

İraq ordusu həftə içində ərazidə 300 terrorçunun qaldığını bildirmişdi. Terror qrupunun lideri Əbubəkr Əl Bağdadinin özünü xəlifə elan etdiyi Əl Nuri məscidi isə 29 iyun tarixində azad edilmişdi. 

Azad edilməmiş ərazilərdə minlərlə mülki vətəndaşın qaldığı bildirilir.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR