Dünya 15:21 23.04.2019

İŞİD Şri-Lanka terrorunu öz üzərinə götürdü

Şri-Lankada 21 apreldə törədilən terror hücumlarını İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Qaynarinfo xəbər verir ki, terror təşkilatı bu barədə öz media orqanı Amak Xəbər Agentliyi vasitəsilə məlumat yayıb. Ötən gün isə "Milli Tavhid-Camaatı” adlı terror qrupu hücumları təşkil etməkdə ittiham edilmişdi. 

Qeyd edək ki, hotel və kilsələrə təşkil edilən terror hücumu 300-dən çox insanın ölümü, 500-dən çox şəxsin yaralanmasına səbəb olub.

Gülşən