Dünya 11:51 02.02.2018

İslam Kərimovun qızı istefa verdi

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Lola Kərimova Tillyayeva YUNESKO-dakı səfir vəzifəsini tərk etdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat paylaşıb və təhsil, mədəniyyət, elm sahəsində bundan sonra da layihələrdə iştirak edəcəyini vurğulayıb. 

Qeyd edək ki, Lola Kərimova Tillyayeva sabiq prezidentin kiçik qızı və hazırda ev dustaqlığında olan Gülnarə Kərimovanın bacısıdır.

Gülşən