Siyasət 16:32 26.07.2013

İslam Partiyası sədrinin sabiq müavini azadlığa buraxıldı

Azərbaycan İslam Partiyası (AİP) sədrinin həbsdə olan sabiq müavini Hacı Mehdi Şamilli azadlığa buraxılıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, M. Şamillinin barəsində illi Məclisinin “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” 07 may 2013-cü il tarixli Qərarını tətbiq olunub və azadlığa buraxılıb.

Qeyd edək ki, M. Şamilli polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onun üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edilib. M. Şamilli barəsində Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə  M. Şamilli 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Hacı Mehdi Şamilli Azərbaycan İslam Partiyasının təsisçilərindən biri olub. Lakin 1998-ci ildən partiyadakı fəaliyyətini dayandırıb.

Qaynar.info