Ölkə 16:49 01.06.2019

İsmayıllıda 49 yaşlı kişi itkin düşdü

1970 -ci il təvəllüdlü  İsmayıllı şəhər  sakini Sənan İsmayılov aprelin 14-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətdə gedərək itkin düşüb.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Evdən çıxanda əynində göy rəngli gödəkçə və cins şalvar, qara  rəngli ayaqqabı olub.  Boyu 167 sm, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-28-5-11-89  şəhər, (050) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.