Video 19:20 14.04.2019

İsmayıllıda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub (VİDEO)

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti məlum olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, İsmayıllının Lahıc qəsəbəsi və Şamaxının Dəmirçi kəndini birləşdirən avtomobil yolunda "BMV" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Oğuz rayonu Padar kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu, Abşeron rayonu Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və Masazır qəsəbə sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu hadisə yerində ölüblər.

Faktla bağlı İsmayılll rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.