Sağlamlıq 18:03 07.04.2021

İspan alimlər: Stres gələcək uşağın cinsiyyətinə təsir göstərir

İspaniyanın Qranada Universitetinin alimləri gələcək körpənin cinsiyyətinə nəyin təsir etdiyini müəyyənləşdirmək üçün bir sıra tədqiqatlar aparıblar. 

Qaynarinfo MedicalXpress-ə istinadla xəbər verir ki, mütəxəssislərin nəticələri təəccübləndirici olub.

Son menstruasiya dövründən hamiləliyə qədər olan dövrdə qadınların saçlarında kortizol səviyyələrini öyrənmək də daxil olmaqla 108 hamilə qadından alınan məlumatları analiz ediblər. Həmçinin, tədqiqat iştirakçıları müxtəlif psixoloji testlər aparıblar.

Təcrübələrdən sonra ananın stres səviyyəsinin, gələcək uşağın cinsiyyətini təsir etdiyi ortaya çıxıb. Alimlər hamiləlikdən əvvəl və hamiləlik dövründə stres yaşayan qadınların qız doğma ehtimalının iki qat daha çox olduğunu söyləyiblər. Bu fenomenin hələlik dəqiq bir izahının olmadığı vurğulanır.
 
Alpər