Dünya 10:41 26.09.2020

İspan həkimlər COVID-19-un yeni simptomunu tapdı

İspan həkimlər koronavirusun daha bir dəqiq əlamətini aşkar edib. 

Qaynarinfo bu haqda "Daily Star”a istinadla xəbər verir. Onların bildirdiyinə görə, yeni infeksiyaya tutulan xəstələrdə dilin ucunda qırmızı və ya ağ rəngli kiçik sızanaqlar meydana çıxır. 

Tədqiqat orta və yaşlı xəstələri əhatə edib. Üstəlik, sorğuda iştirak edənlərin yüzdə 58-i qadındır.

İngilis həkimlər İspaniyalı həmkarlarına dəstək olub. Düzdür, onlar sızanaqların uşaqlarda daha çox rast gəlindiyinə əmindirlər. Bu, bəzən COVID-19-un yeganə simptomu olaraq körpələrdə qalır.
 
Alpər