Dünya 18:32 27.03.2020

İspaniya kralının qohumu koronavirusdan öldü

İspaniya kralı VI Filipin Bourbon-Parmadan olan qohumu Maria Tereza koronavirus səbəbiylə ölüb.

Qaynarinfo xəbər verir ki, bu haqda mərhumun qardaşı Sixt-Heinrich Bourbon-Parma "Facebook"da bildirib.

O qeyd edib ki, 86 yaşlı Maria Tereza cümə axşamı Parisdə vəfat edib. 

Maria Terezanın atası Burbon-Parma Duke Xavier Vətəndaş müharibəsi zamanı General Frankonun tərəfini tutan və sonra İspaniyanın kral taxtına iddia edən Karlist partiyasının liderlərindən biri kimi tanınırdı.

Alpər