Dünya 22:14 02.06.2019

İspaniyada Kral Xuan Karlos dövrü yekunlaşdı

2014-cü ildə taxtdan əl çəkən İspaniya kralı Xuan Karlos bütün rəsmi səlahiyyətlərindən imtina etdi.

Qaynarinfo xəbər verir ki, 81 yaşlı Karlos artıq krallığın heç bir rəsmi tədbirində yer almayacaq. 

Qeyd edək ki, Xuan Karlos diktator Fransisko Frankonun ölümündən 2 gün sonra 22 noyabr 1975-ci ildə İspaniya parlamenti tərəfindən kral elan edilmişdi. O, 2014-cü ildə taxtı oğlu VI Felipeyə təhvil versə də, bəzi rəsmi səlahiyyətlərinin icrasına davam edirdi.

Gülşən