Video 11:49 05.05.2019

İsrail Anadolu Agentliyinin yerləşdiyi binanı vurdu (VİDEO)

İsrail ordusu Qəzzada Anadolu Agentliyinin ofisinin yerləşdiyi binaya hava hücumu təşkil edib.

Qaynarinfo Milliyet-ə istinadən xəbər verir ki, hücum zamanı həyatını itirən və yaralanan olmayıb. Məsələ ilə bağlı Türkiyə XİN İsrailin hücumlarına sərt reaksiya verib və beynəlxalq təşkilatları addım atmağa çağırıb.  

Qeyd edək ki, İsrail Qəzzadan təşkil edilən hücumları əsas gətirərək əraziyə raket zərbələri endirib. 

Gülşən