Dünya 12:47 21.01.2019

İsrail Dəməşqi vurdu: ölənlər var (YENİLƏNİB)

Suriya İnsan Hüquqları Monitorinq Təşkilatı hücum nəticəsində 11 nəfərin öldüyünü açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, ölənlər hərbçi və döyüşçülərdir. Həyatını itirənlərdən yalnız 2-si suriyalıdır.
 
Rusiya Müdafiə Nazirliyi Suriya raketdən müdafiə sisteminin son 48 saatda 30 İsrail raketini zərərsizləşdirdiyini açıqlayıb. 

***10.20 
İsrail Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib.

Qaynarinfo xəbər verir ki, Suriyanın raketdən müdafiə sistemləri raketlərin əksəriyyətini zərərsizləşdirib. Dəməşqdə güclü partlayışlar gecə 01.00-02.00 radələrində eşidilib.

İsrail həmçinin Suriyada İran və Hizbullaha aid mövqeləri də atəşə tutduğunu açıqlayıb.

Gülşən