Dünya 14:27 16.12.2017

İsrail gözəli ilə şəkil çəkdirdi, ölkəni tərk etdi

Dünya Gözəllik Müsabiqəsində İraqı təmsil edən Sara İdanın İsrail gözəli Adar Qandelsmanla şəkil çəkdirməsi ailəsi ilə birlikdə ölkəni tərk etməsinə səbəb olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Sara İdan müsabiqədən sonra Qandelsmanla fotosunu "Instagram"da "Sülh və sevgi" başlığı ilə paylaşmışdı. Bu addımdan sonra insanların narazılığı ilə qarşılaşan və İsrailə dəstək verməkdə ittiham edilən İdan "Bu foto sadəcə 2 ölkə arasında sülhün yaranması üçün ümid və istəyi göstərirdi. İsrail hökümətini dəstəklədiyim və ərəb torpaqlarında həyata keçirdiyi siyasəti qəbul etməyim demək deyil" açıqlamasını vermişdi.
 
Lakin bu fikirlər də insanların etirazına təsir göstərməyib və İraq gözəli ailəsi ilə birlikdə ölkəni tərk edərək ABŞ-a getməyə məcbur olub. İsrail gözəli məsələ ilə bağlı danışaraq "İnsanlar o fotodan sonra Saranı hədələməyə başladı. Onu və ailəsini öldürəcəklərini dedilər. Qorxduqları üçün ölkəni tərk etdilər və bir müddət ABŞ-da qalacaqlar" deyib.

Gülşən