Dünya 10:27 25.03.2018

İsrail Həmasın mövqelərini bombaladı

İsrail qırıcıları Həmasın bir qolu olan İzzəddin əl-Kəssam briqadalarına aid hərbi mövqeləri bombalayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmayıb.

Qeyd edək ki, daha öncə İsrail ordusunun yaydığı məlumata görə Qəzzanın cənubundakı tunellərdə axtarış aparmaq üçün istifadə edilən təchizatları məhv etmək istəyən 4 fələstinli sərhəddi qanunsuz keçib. Lakin İsrail hərbi birləşmələrinin yaxınlaşmasından sonra fələstinlilər geri çəkilib.