Dünya 12:11 22.01.2020

İsrail: "İordan vadisini diplomatik yolla ilhaq etməyə hazırıq"

İsrail fələstinlilərlə dialoq və ya ABŞ-la razılaşma yolu ilə İordan vadisinin ilhaqı barədə danışıqlar aparmağa hazırdır.

Qaynarinfo xəbər verir ki, bunu İsrailin Xarici İşlər naziri İsrael Katz deyib. O bildirib ki, İsrail İordan vadisini şərqdən mümkün hücumlar olarsa, ərazinin təhlükəsizliyinin təmin etmək üçün son dərəcə vacib hesab edir:

"Bu torpaqların dövlətimizin ayrılmaz hissəsinə çevrilməsini təmin etməyə çalışırıq. Bu, fələstinlilərlə barışıq və ya ABŞ-la prinsipial razılaşma nəticəsində mümkün ola bilər".

Camal