Foto 15:55 09.08.2018

İsrail ordusu Qəzzada 150-dən çox nöqtəni bombaladı: ölənlər var (FOTOLAR)

İsrail ordusu dünən axşam saatlarında Qəzzada 150-dən çox yeri bombalayb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun yaydığı açıqlamada Həmasa aid təlim düşərgəsinin və 20-dən çox hərbi bazanın bombalandığı bildirilib. Buna cavab olaraq Qəzzadan da İsrailə 180 raket atılıb. Atılan raketlərin 30-u hava hücumundan müdafiə sisteləri tərəfindən zərərsizləşdirilib.

İsrailin hücumu nəticəsində 3 fələstinli ölüb, 12-dən çox insan isə yaralanıb. Ölənlərdən biri hamilə qadın və azyaşlı uşaq olub.