Dünya 16:42 13.11.2018

İsrail Qəzzanı bombalamağa davam edir: 6 ölü, 20 yaralı var

İsrail ötən gün axşam saatlarından bəri Qəzzaya hava hücumları təşkil edir.

Qaynarinfo Xinhua-ya istinadən xəbər verir ki, Qəzzanın səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əl Qədra hücumlar zamanı 6 fələstinlinin öldüyünü, 20 nəfərin isə yaralandığını açıqlayıb. Bazar günündən bəri öldürülənlərin sayı 13, yaralıların sayı isə 30-a çatıb. 

Ötən gündən bəri İsrail Qəzzada 7 tikilini dağıdıb. Vurulanlar arasında "al-Aqsa" TV binası da var.

Gülşən