Dünya 11:06 25.12.2017

İsrail Şərqi Qüdsdə 300 min yaşayış yeri salacaq

İsrail höküməti Şərqi Qüdsdəki yəhudi yaşayış məntəqəsində 300 min yaşayış yeri inşa etməyi planlaşdırır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İsrailin inşaat naziri Yoav Qalant Qüdsdə inşa ediləcək 300 min mənzil planını açıqlayıb. Bu layihənin "Böyük Qüds" planının tərkib hissəsi olması qeyd edilib.

Ötən həftə İsrailin baş naziri Benyamin Netanyahu Qərbi Şəriyə və İordaniya bölgəsində 10 min yəhudinin yerləşdiləcəyi və 3 yeni yəhudi yaşayış məntəqəsinin salınacağı barədə məlumat vermişdi.

Qeyd edək ki, təxminən 3 həftə əvvəl ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Fələstin İsrailin bu addımı Trampın qərarının icrası kimi dəyərləndirib.

Gülşən