İsraildə parlament seçkiləri keçirilir.
Qaynarinfo xəbər verir ki, növbədənkənar keçirilən seçkilərdə 120 nəfərlik parlament üzvləri müəyyənləşəcək. Seçki prosesi İsrail saatı ilə 07:00-da start götürüb və 22:00-a qədər davam edəcək. Seçkilərdə 41 partiya mübarizə aparır. Ölkədə 5 milyon 800 min əhali seçki hüququna sahibdir.
Təxminən 10-14 partiyanın parlamentdə yer qazanacağı gözlənilir. Hökuməti qurmaq üçün minimum 61 yer əldə etmək lazımdır.
Gülşən
Şərhlər