İsrail ordusu Qəzza bölgəsində Həmas qüvvələrinə qarşı hava hücumu təşkil edib.
"Qaynarinfo" "Times of Israel"ə istinadən xəbər verir ki, Qəzzanın şimalındakı bəzi əkin ərazilərinə 2 raket hücumu təşkil edilib. Hadisə nəticəsində 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Ətrafdakı binaların da hücumdan zərər gördüyü bildirilir.
Bundan əlavə, İsrail mediası ölkənin cənubunda yerləşən Askalan bölgəsinə raket hücumunun təşkil edildiyi barədə məlumat yayıb. Raketin boş əraziyə düşdüyü, yaralananın və zərər görən tikililərin olmadığı deyilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər