İsrail höküməti Fələstinlə mübahisəli bölgə olan Qərbi Şəriədə yeni yaşayış yerlərinin inşası barədə qərar qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Tel-Əviv bölgədə 2500 yeni yaşayış yeri inşa edəcək.
Qeyd edək ki, son 10 gündə ABŞ, Qvatemala və Paraqvay Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliklərini Tel-Əvivdən bu şəhərə köçürüb. Bu fakt fələstinlilərin böyük etirazına səbəb olub və iki ölkə sərhədində qarşıdurmalar yaşanıb. Hadisələr zamanı 65 fələstinli dünyasını dəyişib.
Gülşən
Şərhlər