Dünya 09:16 24.06.2019

İstanbul seçkiləri: İmamoğlu nə qədər səs toplayıb?

Ötən gün İstanbulda keçirilən bələdiyyə seçkilərində səslərin 99,37 faizi sayılıb.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, "Millət İttifaqı"nın namizədi Əkrəm İmamoğlu 54,03, "Cumhur İttifaqı"nın namizədi Binəli Yıldırım 45,09 səs toplayıb.

Əkrəm İmamoğluna ümumilikdə 4 milyon 698 min 782, Binəli Yıldırıma isə 3 milyon 921 min 201 nəfər səs verib. Aradakı səs fərqi 777 min 581 olub.