Video 20:36 22.04.2019

İstanbulda 4 mərtəbəli bina çökdü (VİDEO)

İstanbul 4 mərtəbəli bina çöküb.

Qaynarinfo xəbər verir ki, hadisə Kağıthane bölgəsində baş verib.

Ərazidə 2 il öncə bünövrəsi qoyulan inşaat yerində istinad divarı uçub və nəticədə yaxınlıqdakı 4 mərtəbəli bina da çöküb. Bina qəzalı vəziyyətdə olduğu üçün sakinlər bir müddət əvvəl evlərindən çıxarıldığından xəsarət alan olmayıb Amma iki avtomobil dağıntılar altından qalıb. 

Hadisədən sonra təhlüksəzilik məqsədilə yaxınlıqdakı 10 bina da müvəqqəti olaraq boşaldılıb.