Sağlamlıq 18:42 21.07.2021

İsti hava koronavirusu öldürürmü?

Mövsümün və yüksək temperaturun koronavirusun yayılması üzərindəki təsiri araşdırılıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma nəticəsinə əsasən, bu təsir görməzdən gəlinəcək qədər azdır.

Bildirilib ki, yüksək temperatur virusun ötürülməsinə təsir göstərir, ancaq bu təsir olduqca zəifdir.

"Ultrabənövşəyi şüalar koronavirusu öldürür, ancaq virus qapalı məkanlarda daha yoluxucu olduğu üçün böyük bir fərq yaratmır”, - məlumatda deyilir.