Ölkə 15:29 24.10.2021

İsveçdə öldürülən azərbaycanlının adı və fotosu yayıldı

İsveçdə öldürülən azərbaycanlının adı və fotosu yayılıb. 

Ötən həftə virtualaz.org Stokholmun Farşta rayonunda 43 yaşlı azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsindən yazıb. İki naməlum şəxs onu avtomatlardan güllələyib. Hadisə zamanı 5 yaşlı yeniyetmə də ağır yaralanıb. Atışmadan sonra təcavüzkarlar velosipedlərə minərək qaçıblar. İsveç mətbuatının məlumatına görə, öldürülən azərbaycanlının adı Ramil olub. O, yük maşını sürücüsü idi və kifayət qədər sakit həyat tərzi keçirirdi.

Azərbaycanlının qatilləri hələ də tapılmasa da, İsveç mediası yazır ki, Ramilin öldürülməsi təsadüfi idi. Onun İsveçdə aşkar düşmənləri yox idi. "Ramil adi sürücü idi. Sakit bir həyat sürürdü. Axşam saat 10-da yatırdı və səhər tezdən işə qalxırdı. O, qazandığı pulun böyük hissəsini Azərbaycana 2013-cü ildə boşandığı həyat yoldaşından iki övladınına göndərirdi”, - deyə Ramil birlikdə yaşadığı qadın jurnalistlərə bildirib. Bildirilir ki, qətl zamanı Ramil siqaret çəkmək evdən çıxmışdır. Cinayət dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab edilən İsveçdə geniş rezonans doğurub.