Dünya 10:02 10.09.2018

İsveçdə siyasi qeyri-müəyyənlik: sağ, yoxsa sol höküməti qurulacaq?

İsveçdə keçirilən seçkilərin nəticəsi ölkədə siyasi qeyri-müəyyənliyə səbəb olub.

Qaynarinfo Express-ə istinadən xəbər verir ki, sol cinahın təmsilçisi Sosial Demokratlar Partiyası və anti-miqrant siyasəti ilə bilinən sağ cinahın təmsilçisi İsveç Demokratları Partiyası liderlik uğrunda mübarizə aparır. Ümumilikdə mərkəzi sağ 40,6% və mərkəzi sol cinah isə 40,2% səs toplayıb. Rəsmi nəticələr hələ elan edilməyib, lakin ilkin nəticə ölkədə qurulacaq hökümətin istiqaməti barədə suallara səbəb olub. Analitiklər hökümətin qurulması üçün azı bir neçə həftə davam edəcək müzakirələrə ehtiyac olduğunu bildirir. 

Ölkənin hazırkı baş naziri və Sosial Demokratların lideri Stefan Lofven bildirib ki, populist İsveç Demokratlarının hökümətdə mövqeyini zəiflətmək üçün digər partiyalarla danışıqlara çalışacaqlar.

Gülşən