İdman 10:42 04.03.2013

İsveçrə Olimpiadadan imtina edir

İsveçrənin Qraubyuden vilayətininin sakinləri 2022-ci il Qış Olimpiya Oyunlarının ölkə ərazisində keçirilməsindən imtina ediblər. 

Trend-in məlumatına görə, bazar günü Qraubyuden vilayətində yerləşən Sent-Morits və Davos şəhərlərində Qış Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı sifarişin edilməsi məsələsi referenduma çıxarılıb. Referendumun nəticələrinə görə, sakinlərin 47,34 faizi Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı ideyanı dəstəkləyib. Səsvermədə iştirak edənlərin 52,66 faizi isə oyunların keçirilməsi əleyhinə səs veriblər. Referendumda səsvermə hüququ olan sakinlərin 59,14 faizi iştirak edib.

İsveçrənin Milli Olimpiya Komitəsi referendumun nəticələrini şərh edərək vətəndaşların qəbul etdiyi qərardan məyus olduqlarını bildirib.

Qaynar.info