Xəbər lenti

İt qripi təhlükəsi: Minlərlə insan yoluxa bilər
Sağlamlıq 22:52 06.06.2018

İt qripi təhlükəsi: Minlərlə insan yoluxa bilər

İtlər növbəti irimiqyaslı pandemiyaya səbəb ola biləcək virus daşıyıcılarına çevrilə bilər.

ABŞ-ın Maunt-Sinaq Tibb məktəbindən olan tədqiqat qrupu belə bir nəticəyə gəlib.

Oxu.Az xəbər verir ki, "MedicalXpress” nəşrində bununla bağlı pres-reliz dərc olunub.

Qlobal epidemiyaların böyük əksəriyyətində donuzlar virusun "müvəqqəti sahibləri” rolunu oynayıb. Müvəqqəti o mənada ki, bir müddət virus daşıyıcısı olduqdan sonra onu insanlara yoluxdurublar.

2009-cu ildə yayılmış qrip pandemiyası zamanı donuz virusu ilə quş virusu arasında gen mübadiləsi baş vermiş, sonradan isə virus insanlara keçmişdi.

Quşlar və cütdırnaqlılar qrip viruslarının genetik müxtəlifliyinin əsas rezervuarları sayılır. Buna qədər itlər insan üçün o qədər də təhlükəli olmayan bir-iki qripin daşıyıcısı olub.

Habelə alimlər Çinin cənubunda ev heyvanlarında olan 16 qrip virusunun genomunu sekvenləşdirib (nukleotid ardıcıllığını müəyyən edib).

Məlum olub ki, həmin infeksion agentlərin tərkibində çin donuzları arasında yayılmış üç ştammın fraqmentləri – yəni H3N2 cənubi-amerika reassortantı, H5N1 Avrasiya quş qripi və H1N1 donuz qripinin qalıqları mövcuddur.

Alimlər donuz qripi virusu ilə it qripi (CIV-H3N2) virusunun genom seqmentlərinin mübadiləsini apararaq, üç yeni H1N1r, H1N2r və H3N2r genotiplərini əldə edib.

Alimlərin sözlərinə görə, bu üç infeksiya növünün orta çıxması 2009-cu ildə H1N1 pandemiyası zamanı donuzların genomunda baş verənləri xatırladır. Buna görə, mütəxəssislər it qripinin yayılmasının qarşısını almaq üçün aidiyyəti qurumların təcili ölçülər götürməsini vacib sayır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->