Dünya 10:15 10.03.2020

İtaliya epidemiya üzündən ölkədə bütün idman tədbirlərini dayandırdı

İtaliya hökuməti 9 mart axşamı, karantin səbəbiylə ölkədə bütün idman tədbirlərinin dayandırıldığını rəsmi olaraq elan edib. 

Qaynarinfo xəbər verir ki, ölkədə xüsusilə, İtaliya futbol çempionatının keçirilməsinə ara verilib. Məktəb və universitetlər isə ən azı 3 aprelə qədər bağlanıb.
İtaliya klublarının beynəlxalq oyunlarında məsələnin necə olacağı isə hələ məlum deyil. Martın 12-də "İnter” Milan Avropa Liqasında İspaniyanın "Hetafe” komandası ilə, 17 martda Turinin "Yuventus” komandası Çempionlar Liqasının 1/8 final matçında Fransanın "Lion” komandasını qəbul etməlidir. "İnter" və "Yuventus"un oyunu da boş tribunalar qarşısında keçirilib.

Qadağa təkcə futbola deyil, digər idman növlərinə də təsir edib. Avropanın bir neçə günlük ən böyük velosiped yarışları, o cümlədən Milan-San Remo təxirə salınıb və ya ləğv edilib.
 
Alpər