Dünya 10:32 11.03.2020

İtaliya XİN koronavirusla bağlı Çindən kömək istədi

İtaliyada COVID-19-un yayılması ilə əlaqədar kəskin tibbi qıtlıq yaranıb və ümidini Çinin köməyinə bağlayıb. 

Qaynarinfo xəbər verir ki, bu sözləri İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo çinli həmkarı Vang İ ilə telefon danışığı zamanı deyib.

İtaliya diplomatiyası rəhbərinin sözlərinə görə, İtaliyadakı epidemioloji vəziyyət olduqca ağırdır. O qeyd edib ki, İtaliya Çinin koronavirusla mübarizədə uğurlu təcrübəsini diqqətlə izləyir. Mayo İtaliyada tibbi ləvazimat və avadanlıq çatışmazlığını yaşadığını bildirib və Çin tərəfinin də bu məsələnin həllində kömək edəcəyinə ümid etdiyini bildirib. 

İtaliyanın xarici işlər naziri ölkəsindəki Çin mühacirlərinin xəstəliyin yayılmasına qarşı mübarizədə fəal rol oynadığını, İtaliya tərəfinin onların təhlükəsizliyi və sağlamlıqları üçün qayğı göstərməyə davam edəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, İtaliyada hazırda 10,1 mindən çox yeni koronavirus ilə yoluxma halı aşkarlanıb, 1004 nəfər artıq sağalıb, 631 nəfər ölüb.
 
Alpər