İtaliyanın Kremona əyalətində koronavirusa yoluxan daha bir nəfər ölüb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu bazar günü Lombardiya bölgəsinin səhiyyə mütəxəssisi Culio Qaller deyib.
Bu, İtaliyada koronavirusdan qeydə alınan sayca üçüncü ölüm hadisəsidir. Qaller bildirib ki, Lombardiyada koronavirusa yoluxanların ümumi sayı 112-yə çatıb.
Beləliklə, İtaliyada ümumilikdə koronavirusa yoluxanların sayı 150-ni keçib.
"880 test nümunəlrindən 112-nin cavabı müsbət olub. Xəstəxanaya yerləşdirilən 53 nəfərdən 17-si reanimasiya şöbəsindədir”, - deyə Qaller vurğulayıb.
Şərhlər