Dünya 18:26 05.04.2020

İtalyan həkim koronavirusun insan orqanlarına necə təsir etdiyini açıqladı

Roma "Umberto İ” xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri, Sapienza Universitetinin professoru Klaudio Mastroyanni koronavirusla bağlı əsasən sətəlcəm haqda danışılsa da, təhlillərin COVID-19-un bütün orqanlara təsir göstərdiyini deyib.

Qaynarinfo xəbər verir ki, o, ağciyərlərin daha çox təsirləndiyini, ancaq kapilyar səviyyədə mikrovaskulat boyunca bütün digər orqanların zədələndiyini qeyd edib.

O, həmçinin vurğulayıb ki, bu məqamda araşdırılıb-öyrəniləsi ciddi bir məqam var – nədən qadınların infeksiyaya daha az yoluxur və nə üçün indiyə kimi HİV daşıyıcısı olan insanlar arasında bir yoluxma da aşkar edilməyib.

Risk faktorları arasında Mastroyanni piylənmə və diabeti xüsusi vurğulayıb. Bundan əlavə, həkim qeyd edib ki, ölüm statistikasının yüksək olması, faktiki yoluxmuş şəxslərin sayının rəsmi məlumatlardakından daha çox olması ilə bağlıdır.

"Belə fikir var ki, hər rəsmi yoluxma faktının arxasında açıqlanmamış daha 6-10 nəfər də var", - ekspert qeyd edib.

O, təkcə koronavirusun özü üçün testlər aparmağı deyil, eləcə də xəstələrin ağciyərlərini də tomoqrafik müayinədən keçirməyi vacib saydığını deiyb, çünki ağciyərlər zədələndiyi halda boğazdakı yaxma mənfi nəticə verə bilər”.
 
Alpər