Ölkə 12:33 06.08.2020

İtkilərini gizlədə bilməyən Ermənistan hərbçilərinin meyitlərini “səpələməklə” məşğuldur

Ermənistanın News.am saytı məlumat yayıb ki, bu gün səhər saatlarında Gümrü-Spitak yolunda baş verən ağır yol qəzasında bir nəfər yerində keçinib, üçü isə xəsarət alıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, BMW markalı avtomobil yolun hərəkət zolağından çıxaraq yüz metrə qədər məsafəni uçduqdan sonra çevrilib. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Spartak A. yerindəcə keçinib, 1998-ci il təvəllüdlü Albert S., 1991-ci il təvəllüdlü Artuş N. və 1989-cu il təvəllüdlü Manuk M. xəsarət alaraq hospitala aparılıb. Manuk M. adlı şəxsin vəziyyəti çox ağır kimi qiymətləndirilir. Digərlərinin vəziyyəti isə orta ağırdır. Əldə edilən məlumata əsasən, ölən və xəsarət alanların hamısı hərbi qulluqçulardır. 

Ermənistan tərəfinin öz hərbi qulluqçularının ölüm faktlarını gizlətdiyi tərəfimizdən dəfələrlə bildirilib. Bu hadisə də erməni hökumətinin öz xalqına söylədiyi yalanların və törətdiyi cinayətlərin bariz nümunəsidir. Əlbəttə, Ermənistan rəsmiləri iyul ayında Azərbaycan-Ermənistan sərhədində törətdikləri təxribatda itirdikləri hərbçilərini gizlətmək arzusundadırlar. Lakin öz səhvlərinin nəticəsinin üstünün gec-tez açılacağının qaçılmaz olduğunu anlayan Nikol Paşinyan və Müdafiə Naziri David Tonoyan döyüş itkilərini qəza, bədbəxt hadisə, naməlum ölümlər və s. adı altında təqdim etməyə məcburdurlar.

Görünür, sonuncu təxribatın "bəhrəsini” soyuducuda gizlətmək üçün kifayət qədər imkanları olmayan erməni hakimiyyəti uzun vaxt çəkmədən itkilərini yavaş-yavaş Ermənistan ərazisinə "səpələməklə” məşğuldur.

Mənbə: Mediapost.az