İtkin düşən 7 ABŞ əsgərinin meyiti tapılıb

İtkin düşən 7 ABŞ əsgərinin meyiti tapılıb

Dünən ABŞ-a aid hərbi "Fitzgerald" gəmisinin Filippinə aid yük gəmisi ilə toqquşması nəticəsində itən donanma nümayəndələri ölü tapılıb.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər itkin düşmüş, 3 nəfər yaralanmışdı. 

Qeyd edək ki, hadisə Yaponiyanın cənub-qərbində Yokosuka şəhərindən 104 km məsafədə baş vermişdi. Şəxsiyyətlərini təyin etmək üçün həlak olanların meyitləri Yokosuka şəhər xəstəxanasına aparılıb.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR