Ölkə 13:18 01.06.2018

İTV-nin baş direktoru: "Kadr islahatları olacaq"

"Müasir Azərbaycana müasir televiziya lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru Balakişi Qasımov jurnalistlərə açıqlamasında deyib. 

Baş direktorun sözlərinə görə, tamaşaçı televiziyadakı yeniliyi hiss edəcək: "Çalışacağıq ki, planlarımızı qısa müddətdə həyata keçirək".

O qeyd edib ki, televiziyada kadr islahatları olacaq: "Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, işləməyi bacaranlar narahat olmasınlar".