Ölkə 14:47 23.04.2019

İTV-nin Yayım Şurasının yeni üzvləri məlum oldu

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin bu gün keçirilən plenar iclasında baxılıb. Yayım Şurasının 3 boş yerinə 5 nəfərin namizədliyi irəli sürülüb. 

Millət vəkilləri tərəfindən məsələyə baxılaraq, Yayım Şurasının üzvlüyünə Yusif Babanlı (idman federasiyaları), Salman Musayev (dini konfessiyalar) və Zemfira Qafarova (yaradıcılıq təşkilatları) seçilib.

Orxan Muxtarov (idman federasiyaları) və Cəmilə Həsənova (yaradıcılıq təşkilatları) isə kənarda qalacaq.