İyulun 14-də imtahan verənlərin nəzərinə

İyulun 14-də imtahan verənlərin nəzərinə

İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Qaynarinfo"ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR