Ölkə 09:50 25.05.2021

İyun ayında toylara bu şərtlə icazə verilə bilər (AÇIQLAMA)

"Qarşıdan isti aylar gəlir. İsti aylarda qapalı şəraitdə toy edən zaman təbii ki, kondisionerlər işləyəcək. Bu hal isə koronavirus infeksiyasının zal daxilində yayılmasına şərait yaradacaq".

Qaynarinfo xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "Nə baş verir?" verlişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

O əlavə edib ki, yay aylarında qapalı məkanda toy edilməsi qəbuledilməzdir: "Hesab edirəm ki, növbəti aydan açıq havada toyların keçirilməsinə icazə vermək lazımdır".