Ekonomiks 11:36 27.08.2019

"Johnson & Johnson" şirkətinə rekord cəza

ABŞ-ın "Johnson & Johnson" şirkəti Oklahoma ştatına 572 milyon dollar təzminat ödəyəcək.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, şirkət ştatda tiryək tərkibli opioid dərmanlarının satışı zamanı yanlış və təhlükəli kampaniya təşkil edib. Opioid ağrıkəsici və narkotik vasitə kimi istifadə edilir. "Johnson & Johnson"un addımları ABŞ tarixində ən genişmiqyaslı dərman epidemiyasına səbəb olub. Ölkədə, xüsusilə Oklahomada çox sayda insan opioid dərmanından asılı vəziyyət düşüb və ya həyatını itirib.

Gülşən