İdman 22:26 17.01.2022

Joze Alesio: "Hakimlər yanlış qərarları ilə oyuna təsir etdilər"

Bu gün keçirilmiş Belçika – Azərbaycan yoldaşlıq oyunundan sonra milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bildirib.
 
Qaynarinfo xəbər verir ki, mütəxəssis bunları deyib: 

"Oyuna yaxşı başlamadıq. Bunun da səbəbi matça gəlməyə az vaxt qalmış dünən verdiyimiz COVİD-19 testinin nəticəsinin açıqlanması və iki oyunçumuzda nəticənin pozitiv çıxmasıdır. Bu məqam psixoloji baxımdan komanda üzvlərinə pis təsir etdi, oyun planımız dəyişdi. Buna görə də başlanğıc uğursuz alındı. Təxminən birinci hissənin 10-cu dəqiqəsindən sonra tədricən oyunumuzu düzəldə bildik. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Həm müdafiədə, həm də hücumda bir neçə variantları yoxladıq, standartlardan bir neçə ev tapşırığını yerinə yetirdik. Yəni oyunun əhəmiyyəti böyük idi. Rəqibimiz də yaxşı komandadır. Kollektiv şəkildə güclu təsir bağışladılar. Onlar bir gün əvvəl Hollandiya ilə qarşılaşmışdılar və qələbə qazanmışdılar. Hakimlər də yanlış, birtərəfli qərarları ilə oyunun gedişinə təsir etdilər. Bu qarşılaşma "axsadığımız” məqamları ortaya çıxardı. Görüləsi işlər çoxdur. Qarşıda 4 məşqimiz var və sürətli şəkildə nələrisə düzəltməyə çalışacağıq. Əlbəttə, çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.
 
Səbuhi Həsənov