İdman 13:40 09.06.2019

Joze Mourinyo milli komandadan təklif alıb

Joze Mourinyo karyerasında ilk dəfə milli komandaya rəhbərlik edə bilər.

Qaynarinfo xəbər verir ki, portuqaliyalı mütəxəssis Braziliya millisindən təklif alıb. "A Bola"nın məlumatına görə, Braziliya Futbol Konfederasiyasının nümayəndələri artıq onunla danışıqlara başlayıblar.

Mourinyoya komanda Titenin rəhbərliyi altında Amerika Kubokunda müsbət nəticə əldə edə bilməyəcəyi təqdirdə müqavilə təklif olunacaq. Bildirilir ki, portuqaliyalı mütəxəssisin özü yığmadan çox, klubda işləyəmə üstünlük verir, lakin Braziliyada məşqçini razı salmağa çalışırlar.

Mourinyo məşqçilik karyerası ərzində "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" kimi komandaları çalışdırıb.