Dünya 21:40 20.04.2019

Jurnalistin qətlində şübhəli bilinən iki nəfər saxlanıldı

Şimali İrlandiyada jurnalist Layra Makinin qətlə yetirilməsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Qaynarinfo xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 18 və 19 yaşlarında olan şübhəlilər terrorizmlə mübarizə idarəsi tərəfindən həbs edilib.

Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə maskalı şəxsin polislərə tərəf atəş açdığı müşahidə edilib.

Xatırladaq ki, jurnalist Layra Maki Londonderri şəhərində keçirilən etiraz aksiyaları zamanı öldürülüb.