İdman 11:00 24.11.2013

Jurnalistlərin çempionatı başlayır

Stadium.az saytının təşkilatçılığı və PFL-in sponsorluğuyla təşkil edilən Jurnalistlərin Həmrəylik Kubokunun püşkü atılıb. 

 “Qafqazinfo” xəbər verir ki, “Futbol+” qəzetinin redaksiyasında Təşkilat Komitəsinin və bir çox idman jurnalistinin şahidi ilə tam şəffaf şəkildə təşkil olunan püşkatma mərasimindən sonra qruplar bəlli olub. 10 komandanın iştirak etdiyi turnirdə 2 qrup müəyyənləşib və hər qrupda 5 komanda yer alıb:

A qrupu.

“Het Trik News” qəzetinin Birləşmiş komandası (B.K), “İdmanxeber.com” saytı B.K, “Komanda” qəzeti və “Rekord.az” saytı B.K, “Stadium.Az” saytı B.K, “Futbolinfo.az” saytı B.K.

B qrupu.

Klubların Mətbuat Xidmətlərinin Birləşmiş Komandası (KMXBK), “İdman Azərbaycan” televiziyası, “Sportal.az” saytı B.K, “Sportmedia.az” saytı B.K, “Futbol+” qəzeti.

İlk turun oyunları

26 Noyabr

A qrupu

11:00.

“Het Trik News” - “Futbolinfo.az”

“İdmanxeber.com” - “Stadium.Az”

“Komanda” qəzeti və “Rekord.az” saytı B.K istirahət edir

B qrupu

12:00

KMXBK – “Futbol+”

“İdman Azərbaycan” - “Sportmedia.az”

“Sportal.az” saytı B.K istirahət edir

Hər qrupdan iki komanda yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Burada A qrupunda 1-ci yeri tutab komandayla B qrupunda 2-ci yeri tutan komanda, B qrupunda da 1-ci yeri tutan komandayla A qrupunda 2-ci yeri tutan komanda qarşılaşacaq. Bu oyunlardan sonra isə finalçılar və üçüncü yer uğrunda oynayacaq komandalar müəyyənləşəcək.

1-ci yerin sahibinə kubokla yanaşı 2000 manat, 2-ci yer tutana 1500 manat, üçüncüyə isə 1000 manat məbləğində mükafat veriləcək.

Qaynar.info